Misli Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”la qarşılaşacaq “Neftçi” matçın hazırlığını yekunlaşdırıb.


Rekord.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.


Hazırlıq prosesindən sonra komanda üzvləri Tovuza yola düşüblər.


Futbolçular – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar.


Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.