"Neftçi SOCAR" Dünya Qadın Seriyasında 2-ci oldu
- 16:20
- 32
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının 2026 mövsümünü ikinci pillədə başa vurub.
Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
"Ağ-qaralar" 672 xalla ümumi sıralamada ikinci olub.
Xatırladaq ki, "Neftçi SOCAR" mövsüm ərzində ümumilikdə 12 mərhələdə iştirak edib. Komanda Orlean və Marsel mərhələlərinin qalibi olub.