Ramil Şeydayevin növbəti mövsüm karyerasını harada davam etdirəcəyi hələ də məlum deyil.

Rekord.az xəbər verir ki, "Qarabağ"la hələ də yeni müqavilə bağlamayan futbolçunun Rusiyaya yollanmaq variantı da var.

Eyni zamanda aldığımız son məlumata görə, "Neftçi" də millimizin üzvündən əl çəkmir və onun transferində maraqlıdır. Hətta deyiləə görə, "ağ qaralar" futbolçuya "Qarabağ"da hazırda aldığı maaşdan daha yüksək maaş vəd verir. Lakin futbolçu hələ də seçim etməkdə tələsmir.