"Neftçi" serbiyalı basketbolçu ilə müqavilə bağladı
- 13:20
- 28
"Neftçi" basketbol komandası serbiyalı Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.
Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan "Hertseqovats Qaydobra" olub.
206 sm boya malik təcrübəli oyunçu karyerası ərzində "Partizan", "FMP Belqrad" kimi klubların, eləcə də VTB Birləşmiş Liqasında "Yenisey"in şərəfini qoruyub.