
“Neftçi” “Sabah”la oyuna 3 ciddi itki ilə çıxacaq
- 26 Yan 2023 14:45
- 391
“Neftçi”nin üç futbolçusu Misli Premyer Liqasının XIX turunun “Sabah”la oyununu buraxacaq.
Rekord.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında deyib.
Onun sözlərinə görə, yarımmüdafiəçilər Rəhman Hacıyev, Eddi İsrafilov və Fərid Yusifli zədə ucbatından bugünkü matçda forma geyinməyəcəklər.
Bu gün keçiriləcək “Sabah” – “Neftçi” oyununa saat 19:00-da start veriləcək.