
"Neftçi" rəhbərliyi Samir Abasovu və futbolçuları necə aldadıb?
- 25 Yan 2023 10:00
- 594
Samir Abasovun "Neftçi"də işlədiyi dönəmdə rəhbərlik tərəfindən ciddi şəkildə aldadılması faktı üzə çıxıb.
Rekord.az-ın əldə etdiyi məlumata görə, aldadılan tək Abbasov yox, həm də futbolçular olub.
Belə ki, ölkə kubokunun "Sabah"la keçirilən 1/4 finalın cavab matçı öncəsi baş məşqçi ilə rəhbərlik arasında mükafatla bağlı məsələ müzakirə olunur. Həmin ərəfədə "Sabah" mərhələ keçmək üçün 5 min manat mükafat vəd etdiyi halda, "Neftçi"də mükafatın məbləği 950 manat idi. Samir Abasov rəhbərliklə danışaraq motivasiya baxımından mükafatın məbləğinin bir qədər artırılmasını istəyir. Rəhbərlik də məbləğin 950 manatdan 1500 manata qaldırılmasına razılıq verir. "Neftçi" cavab oyununda qalib gəlir və mərhələni keçir. Lakin rəhbərlik sözünü tutmur, mükafat olaraq futbolçuların hesabına pullar köçürüləndə məlum olur ki, məbləğ elə 950 manatdı.