"Neftçi" "Qarabağ"ın sol cinah futbolçusu Toral Bayramovu istəyir.

Rekord.az-a daxil olan məlumata görə,"ağ-qaralar" hətta qarşı tərəfə şifahi təklif də göndərib.

Son zamanlar Ağdam klubunda oynamaq şansı qazanmayan Bayramovun "Qarabağ"la müqaviləsi 2026-cı ildə başa çatır.