"Neftçi" Portuqaliyanın "Tondela" klubunda forma geyinən Telmu Arkanju ilə danışıqlara başlayıb.

Rekord.az xəbər verir ki, "ağ qaralar" sözügedən futbolçunu 3 aya yaxındır izləyir.

Nəhayət, indi heyətinə qatmaq istəyir. 

Qeyd edək ki, Kabo Verdi millisinin də üzvü olan Arkanjunun "Tondela" ilə müqaviıəsi yayda başa çatır.