“Neftçi”də yarımmüdafiəçi Sezar Meza Kolli ilə başa çatan müqavilə yenilənməyib. 

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

31 yaşlı paraqvaylı futbolçuya təşəkkür edən klub ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub.