
"Neftçi" onu Belarus klublarından birinə icarəyə verə bilər
- 14 Noy 2022 13:00
- 571
"Neftçi"nin özünü doğurultmayan transferlərindən biri də Yeqo Boqomolskidir.
Rekord.az xəbər verir ki, hücum xəttindəki problemləri həll etmək üçün böyük ümidlərlər alınan belaruslu futbolçu hələ ki, istəniləni verə bilmir.
Bu mənada qışda onunla yolların ayırılması gündəmdədir. Klubla müqaviləsi olduğundan "Neftçi" sözügedən oyunçunu icarəyə vermək istəyir. Daxil olan məlumata görə, Belarus çempionatından iki klub Boqomolskinin xidmətində maraqlıdır. Hər halda, bütün suallara dekabrın sonunda aydınlıq gələcək.