"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının ilk turu çərçivəsində növbəti oyun baş tutub.

Rekord.az xəbər verir ki, "Neftçi" çempionatın debütantı "Xəzri" ilə qarşılaşıb.

Oyuna üstün başlayan "Xəzri" yekunda 80:73 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "Neftçi"dən Ceyms Havtorn (18 xal, 5 ribaund), "Xəzri"dən Amil Həmzəyev (21 xal, 8 ribaund) olublar.

İlk turun "Xırdalan" - "Şəki", "NTD-İndiqo" - "Sumqayıt", "Gəncə" - "Sabah" matçları oktyabrın 28-29-da baş tutacaq.