Voleybolçu kişilər arasında ölkə çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, 7-ci tur çərçivəsində "Murov Az Terminal" və "Neftçi" klubları qarşılaşıblar.

FHN-in idman zalında təşkil olunan görüş gərginliyi ilə yadda qalıb. 5 set davam edən matçda "Neftçi" 3:2 hesablı qələbəyə sevinib.


Yüksək Liqa (kişilər)

17 dekabr 

VII tur

   “Murov Az Terminal” – “Neftçi” 2:3 (25:18, 21:25, 22:25, 25:21, 17:19)