Kişi voleybolçular arasında ölkə çempionatında növbəti oyun baş tutub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın IX turu çərçivəsində "Xilasedici" və "Neftçi" komandaları üz-üzə gəliblər.
FHN-in idman zalında təşkil olunan görüş gərginliyi ilə yadda qalıb. "Xilasedici" 2:0 hesabı ilə irəli keçsə də "Neftçi" növbəti iki hissəni aktivinə yazdıra bilib və görüşün taleyini tay-breykə daşıyıb. Həlledici setde daha dəqiq oynayan "Neftçi" möhtəşəm geridönüş edərək meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.

 Yüksək Liqa (kişilər)
 IX tur
   "Xilasedici" - "Neftçi" 2:3 (25:22, 25:17, 22:25, 23:25, 15:17)