"Neftçi" kapitanı Emin Mahmudovla hələ də yeni müqavilə bağlaya bilməyib.

Rekord.az xəbər verir ki, ona yeni müqavilə təklif olunsa da, futbolçu hələlik rəhbərliyə dəqiq cavab deməyib.

Mahmudovun adı digər klublarla da hallandığı üçün yaranmış bu durum klub azarkeşlərini ciddi narahat edir.