“Neftçi” tək hücum xətti haqda düşünmür.

Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi Samir Abasov eyni zamanda təcrübəli və etibarlı qapıçı da axtarır.

Özü də əcnəbi qapıçı. Hazırda baş məşqçinin ixtiyarında olan iki yerli qapıçı var- Səlahət Ağayev və Aqil Məmmədov. Lakin hər iki qapıçı stabillik baxımından əziyyət çəkir. Bu isə Abasovu qane etmir.