
"Neftçi" çempionata qələbə ilə başladı
- 20:55
- 53
Voleybol üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsi start götürüb. "Rekord.az" xəbər verir ki, bu gün 1-ci turun iki oyunu baş tutub.
FHN-in idman zalında ilk olaraq "Neftçi" və ORDU klubları qarşılaşıblar. Görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün növbəti matçında "Murov Az Terminal" ilə "AZERRAIL" üz-üzə gəliblər. Kifayət qədər gərgin keçən bu oyunda "Murov Az Terminal" 3:2 hesabı ilə qələbə qazanıb.