
“Neftçi” braziliyalı futbolçu ilə vidalaşdı
- 15 Fev 2023 17:44
- 400
“Neftçi” yarımmüdafiəçi Gilyerme Pato ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Rekord.az xəbər verir ki, paytaxt klubu braziliyalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, 2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Pato bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.