
Neftçala və Ucar məktəbliləri futbol oynayacaq
- 17 Mar 2023 11:15
- 455
Ucar rayon Gənclər və İdman İdarəsinin, Neftçala rayon Gənclər və İdman İdarəsinin və Ucar Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə "Şəhidlərimizin xatirəsinə" həsr olunmuş Neftçala rayonu Boyat kənd tam orta məktəbin və Ucar rayonu Boyat kənd tam orta məktəbin komandaları arasında futbol üzrə yoldaşlıq görüşü keçiriləcək.
Rekord.az xəbər verir ki, oyun sabah saat 11:00-da Boyat kənd tam orta məktəbin stadionunda oynanılacaq.
Qalib komandaya diplomlar veriləcək.