İyunun 18-də dövlət qurumlarının qadın əməkdaşları arasında voleybol yarışı keçirilib. "Rekord.az" xəbər verir ki, yarışı Gənclər və İdman Nazirliyinin və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı təşkil olunub.

Qarşılaşmalar GİN-in Voleybol Mərkəzində baş tutub. 

Oyunlardan sonra yarışın qalibi adını Fövqəladə Hallar Nazirliyinin komandası qazanıb. "SOCAR"ın komandası gümüş, "ASAN xidmət"in komandası isə bürünc medallara sahib çıxıblar.