Gənclər və idman naziri Fərid Qayıbov “ASAN Radio”nun "QəbuldASAN" verilişində qonaq olub.

 

Rekord.az xəbər verir ki, nazir Region Liqasında çıxış edən “Xan Lənkəran” klubunun 1-ci diviziona buraxılmamasına da toxunub.

 
O, Lənkəran təmsilçisinin nazirliyə müraciətini mümkün sayır: “Bu işlə AFFA məşğul olur. Məktubu və ya sualı milli assosiyasiyaya yollasalar, daha yaxşı olar. Seçimlər qaydalar əsasında olmalıdır. Cavab onları qane etmirsə, Gənclər və İdman Nazirliyinə müraciət edə bilərlər. Bu sualın cavabını indi verə bilməyəcəyəm. Bunu araşdırmaq lazımdır”.