
Nazir və icra başçısı Lerik stadionunda olub, təmirlə bağlı müzakirə aparılıb
- 13 Fev 2023 15:00
- 608
Ölkəmizin cənub bölgəsinə səfəri zamanı gənclər və idman naziri Fərid Qayıbov Lerik Rayonu İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovla birlikdə Lerik şəhər stadionuna baxış keçirib.
Rekord.az xəbər verir ki, gələcəkdə stadionun şəraitinin yaxşılaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda "Region Liqası"nda yarışan "Lerik"in ev oyunlarını keçirdiyi stadionun durumu o qədər də yaxşı deyil.