Nazir tapşırıq verdi: idman jurnalistlərinin yeni qurumu yaradılır
- 28 Dek 2019 19:00
- 745
“Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) işindən razı deyiləm. Yenisi yaransa, kömək etməyə çalışacağıq”.
Rekord.az "Report"a istinadən xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir bildirib ki, yeni qurum idmanın təbliğatı ilə məşğul olmalıdır: “Bu məqsədlə Qabil Mehdiyevdən xahiş etdim ki, yeni qurum yaratsın. Bu qurumun AİPS-in üzvü olub-olmaması vacib deyil. Əsas odur ki, yeni qurum idmanın təbliğatı ilə məşğul olsun. Çox istərdim ki, yeni qurum yaxşı işləsin”.