
Nazim Süleymanova xəyanətin mükafatı: Əfqan Talıobov kimin seçimi olub?
- 23 Mar 2022 15:00
- 1020
Məlum olduğu kimi, Rövşən Babayevin istefasından sonra "Turan Tovuz"a Əfqan Talıbov baş məşqçi təyin olunub.
Rekord.az xəbər verir ki, bu posta əslində bir neçə namizəd olub.
Tovuzun futbol ictimaiyyəti yerli məşqçinin çalışmasını istəyib. AFFA-nın da bir neçə namizədi olsa da, yekun qərarı komandanın Müşahidə Şurasının sədri Oqtay Abdullayevə buraxıblar. Abdullayev isə Müşahidə Şurasında yer alan Əfqan Talıbova üstünlük verib. Abdullayevin məhz Talıbova üstünlük verməsinin isə xüsusi səbəbi var. Bildiyiniz kimi, Talıbov bir vaxtlar Nazim Süleymanovun rəhbərlik etdiyi Həmkarlar İttifaqının üzvülərindən olub. Hətta idarə heyətində yer alıb. İclaslarda iştirak edib və daim Süleymanova dəstək, AFFA-ya etiraz mövqeyi ortaya qoyub. Lakin Elxan Məmmədova yaxınlığı ilə seçilən Abdullayevdən işlə bağlı təklif alınca qərarını dəyişib və Süleymanova arxa çevirərək Həmkarlar İttifaqının sıralarını tərk edib. Hansı ki, həmin ərəfədə Süleymanovun fəaliyyəti aktiv fazada idi, qeydiyyat məsələsi ilə bağlı ciddi işlər aparılırdı, hətta ölkə futbolunun durumu ilə bağlı ölkə başçısına məktub da ünvanlanmışdı. Bütün bunlara görə AFFA rəhbərliyi də bərk narahatlıq keçurirdi. Belə bir vəziyyətdə Talıbovun xəyanəti Abdullayev tərəfindən böyük jest kimi qiymətləndirildi. Veteran hücumçu qısa müddət sonra "Turan Tovuz"un Müşahidə Şurasına cəlb olundu. Bu gün isə baş məşqçi təyin olundu. Əslində Talıbov daha öncə bu posta gətirilməli idi. Lakin Rövşən Babayevin təyinatı AFFA tərəfindən daha öncə irəli sürüldüyündən Abdullayevin planı baş tutmamışdı. Bu dəfə isə seçim ona buraxıldığı üçün istədiyini reallaşdıdı.