
Nazarovun yeni komandası müəyyənləşdi
- 23 İyn 2023 12:00
- 315
Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarovun yeni komandası müəyyənləşib.
Rekord.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.
3-cü Bundesliqa klubu “Ersgebirge”dən ayrılan Nazarov Regional Liqada mübarizə aparan “Kikkers Offenbax”la müqavilə imzalayıb. Adıçəkilən komandanın idman direktoru Kristian Hok da məlumatı artıq təsdiqləyib.
Nazarov 2014-2022-ci illər aralığında Azərbaycan millisinin heyətində 45 oyun keçirib, 7 qola imza atıb.