Futbol üzrə Almaniya 3-cü liqasında 21-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Osnabryuk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Nazarov vurub.

“Ersgebirge” hazırda 21 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.