Heydər Əliyev İli” ilə əlaqədar Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlanlardan ibarət stolüstü tennis komandaları arasında birincilik keçirilib.

Rekord.az xəbər verir ki, İ.Səfərli adına Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin idman zalında reallaşan yarışda hər komandada 3 nəfər olmaqla 21 şagird iştirak edib.

Yekunda 1 nömrəli tam orta məktəbin komandası I yerə, Heydər Əliyev adına Hərbi Liseyin komandası II yerə, 14 nömrəli tam orta məktəbin komandası isə III yerə sahib çıxıb.