
Naxçıvanda şəhidlərimizin xatirəsinə futbol turniri
- 15 Mar 2023 10:00
- 377
Naxçıvan MR-nın Babək rayonunda şəhid leytenant Fərmin Fərman oğlu Əliyevin və şəhid leytenant Ümid Fərman oğlu Məmmədovun xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib.
Rekord.az xəbər verir ki, Çeşməbasar kənd tam orta məktəbinin minifutbol meydançasında keçirilən yarış rayon ümumtəhsil məktəblərinin komandalarını əhatə edib.
Açılış mərasimində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Babək Rayon Gənclər və İdman İdarəsi tərəfindən yarışın fəxri qonaqları olan şəhid ailəsi üzvlərinə təşəkkürnamə təqdim olunub. Mübarizəni ilk üçlükdə tamamlayan komandaların üzvləri diplomla təltif ediliblər.
Nəticələr:
1-ci yer: Babək şəhər 1 nömrəli tam orta məktəb
2-ci yer: Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəb
3-cü yer: Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəb