Babək rayonunda Vətən müharibəsi şəhidi - leytenant Vəlizadə İbrahim Malik oğlunun xatirəsinə həsr olunmuş şahmat birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, uşaq-gənclər şahmat məktəbində reallaşan yarışın əvvəlində ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər Vətənin azadlığı və suverenliyi uğrunda həyatını fəda edən qəhrəmanlarımızın gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Şəhidin ailə üzvünə təşəkkürnamə təqdim olunub. Birincilikdə 17 məktəbi ümumilikdə 51 iştirakçı təmsil edib. İlk üç yerin sahiblərinə diplom, həvəsləndirici yerlərdə qərarlaşan iştirakçılara isə fəxri fərman təqdim olunub.

Nəticələr:

1-ci yer: Sani Həsən

2-ci yer: Qasım Qasımzadə

3-cü yer: Altay Abbasov