Naxçıvan MR Sədərək kənd 1 saylı tam orta məktəbində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq !” devizi altında şahmat turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə 16 şagird iştirak edib.

Turnirin yekun nəticələrinə görə I yerə Rzalı Sənan, II yerə Yaqublu Elçin, III yerə Rzayev Rövşən və həvəsləndirici yerə isə Həmzəli Duyğu layiq görülüb. Sonda qaliblər təşkilatçıların diplomları ilə təltif olunublar.