
Naxçıvanda idmançıların sağlamlığı mühafizə olunur
- 23 İyn 2023 16:45
- 319
Naxçıvanda növbəti dəfə geniştərkibli idmançı heyətinin tibbi müayinəsi reallaşıb.
Rekord.az xəbər verir ki, Mərkəzi Uşaq Xəstəxanasında Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının 200-dən çox idmançısı cərrah, nevropatoloq, pediatr, endokrinoloq, ftizatr, oftalmoloqların nəzarəti altında müayinə olunub.
Əlavə edək ki, fəaliyyət proqramına uyğun olaraq idman obyeklərində sanitar-gigiyenik qaydalara nəzarət olunur, profilaktik tədbirlər görülür. İdman müəssisələrində yoluxucu xəstəliklərə qarşı ənənəvi qaydada həyata keçirilən dezinfeksiya işləri davam etdirilir.