Naxçıvanda fəaliyyət göstərən idman federasiyalarının məşqçi və idmançılarının asudə vaxtını səmərəli təşkil etmək və istirahət etmələrinə şərait yaratmaq məqsədilə Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunub.

Rekord.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Həmkarlar İttifaqları Şurasının tərəfindən birgə təşkil olunan 2 günlük düşərgədə ümumilikdə 50 nəfər iştirak edib.

Proqrama əsasən təyin olunan müddət ərzində müxtəlif idman oyunları, müsabiqələr, stolüstü oyunlar, həmçinin Ağbulaq kəndi ərazisinə gəzinti təşkil olunub.