Naxçıvanda fəaliyyət göstərən nazirliklər arasında "Heydər Əliyev kuboku" uğrunda futzal turnirində şənbə günü növbəti görüşlər keçiriləcək. 

Rekord.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışa 9 komanda qatılıb.

Kollektivlər iki qrupda mübarizə aparır. Hər qrupdan ən yaxşı göstəriciyə malik iki komanda pley-ofa adlayacaq.

2-ci turun oyun proqramını təqdim edirik: