Hazırda ölkədə "Heydər Əliyev İli" ilə əlaqədar olaraq ümumilli liderin xatirəsinə həsr olunmuş müxtəlif idman tədbirləri keçirilir.

Rekord.az xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində startı verilən beynəlxalq reytinqli şahmat turniri də bu qəbildəndir.

Martın 20-də yekunlaşacaq yarışa 84 şahmatçı qatılıb.