Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər Fondu və aid təşkilatlarla birgə Azərbaycan Gəncləri Gününün Naxçıvanda qeyd olunması məqsədilə tərtib olunmuş “Gənclər həftəsi” proqramı çərçivəsində tədbirlər keçirilir.

Rekord.az xəbər verir ki,  İlham Əliyev adına Olimpiya İdman Kompleksində gənc oğlanlar və qızlar arasında kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi reallaşıb.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Naxçıvan Kikboksinq Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunan yarışda 50 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.

Nəticələrə əsasən qızlar arasında Fidan Paşayeva, oğlanlarda Fərdi Əliyev, Tamerlan Quliyev, Tayfur Əliyev, Oğuz Məmmədli, Rəsul Babayev, Ravil Alməmmədov, Uğur Əliyev, İsmayıl Hüseynzadə, Əbülfəz Zeynallı öz çəki dərələri üzrə birinci olublar. İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırılıblar.