
Naxçıvanda daha bir turnir
- 25 Sen 2023 11:32
- 240
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kəngərli rayon ümumtəhsil məktəblərinin şagirləri arasında stolüstü tennis üzrə rayon açıq birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, Şahtaxtı kənd tam orta məktəbinin idman zalında reallaşan birincilikdə 15 şagird iştirak edib.
Nəticələrə əsasən oğlanlar arasında Sinan Əlişzadə, qızlar arasında isə Səkinə Sadiqova qalib olub.