"Naxçıvan" Səid İsmayılovu transfer etdi
- 18:40
- 39
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib.
Bu barədə Rekord.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanlı oyunçu ilə 1 illik sözləşmə imzalanıb. 182 sm boya malik 22 yaşlı basketbolçunun son klubu "Ordu" olub.
Səid İsmayılov həmçinin Azərbaycan millisinin geniş heyətində də yer alıb.