Naxçıvan klubunun baş məşqçisi bəlli oldu
- 09:50
- 38
Yeni mövsümdə qadın voleybolçular arasında Azərbaycan çempionatında mübarizə aparacaq Naxçıvanın "Möminə Xatun" klubunun baş məşqçisinin adı bəlli olub. "Rekord.az" xəbər verir ki, bu posta II dərəcəli beynəlxalq məşqçi kateqoriyasına malik Səməd Əkbəri gətirilib.
43 yaşlı mütəxəssis 2024-cü ilin əvvəlindən Naxçıvanda oğlan və qızlardan ibarət seçmə komandaların baş məşqçisi kimi fəaliyyətə başlayıb. yeni dönəmdə Azərbaycan voleybolunun inkişafına mühüm töhfələr verib.
Qeyd edək ki, İran milli komandasının keçmiş üzvü Səməd Əkbəri öz ölkəsində və Türkiyədə müxtəlif klublarda məşqçi kimi çalışıb.