Naxçıvan klubu Azərbaycanın əsas çempionatında mübarizə aparacaq
- 12:23
- 39
Qadın voleybolçular arasında Azərbaycan çempionatında qarşıdakı
mövsümdə yeni klub iştirak edəcək. "Rekord.az" xəbər verir ki,
Naxçıvanın "Möminə Xatun" voleybol klubu 2026-2027-ci illər mövsümündə
Yüksək Liqada mübarizə aparacaq.
Bu addım ölkə voleybolunun
regionlarda inkişafı istiqamətində mühüm hadisə olmaqla yanaşı, Naxçıvan
təmsilçisinin tarixdə ilk dəfə qadınların əsas çempionatında iştirakını
təmin edəcək. Klub rəhbərliyi komandanın çempionata uğurlu hazırlığını
davam etdirdiyini, əsas məqsədin güclü və rəqabətqabiliyyətli kollektiv
formalaşdırmaq olduğunu bildirib.
Qeyd edək ki, 2024-cü ildə
yaradılan "Möminə Xatun" klubunun U16 komandası 2025-ci ildə Azərbaycan
çempionu olub, U14 və U18 komandaları isə 2026-cı il ölkə çempionatında
bürünc medal qazanıblar.