"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann Bundesliqanın son turunda "Köln"lə 1:1 oynadıqları oyunu şərh edib.

Rekord.az xəbər verir ki, baş məşqçi ilk hissəni zəif oynadıqlarını etiraf edib: "İlk hissəni yaxşı oynamadıq. Bəzi əvəzləmələrdən sonra ikinci hissədə oyunumuzu düzəltdik. "Köln" sıx müdafiə olunduğundan bizim üçün daha çətin idi. Əgər ilk qolu biz vursaydıq, bu zaman onlara çətin olacaqdı. İkinci hissədə məhz özümüzə xas formada oynadıq və qol vura bildik".

Qeyd edək ki, "Bavariya" 90-cı dəqiqədə Ximmikin qolu ilə məğlubittətdən qaça bilib.