"Napoli" futbolçusu Stanislav Lobotka ilə uzunmüddətli müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

Slovakiyadan olan yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2027-ci il iyunun 30-na kimi hesablanıb. Müqaviləyə əməkdaşlığın 30 iyun 2028-ci il tarixinədək uzadılması variantı da daxildir.

Lobotkanın "Napoli" ilə əvvəlki sözləşməsi 2025-ci ilin yayına qədər idi.

28 yaşlı futbolçu bu mövsüm "Napoli"nin heyətində bütün yarışlarda 34 oyuna 1 qol vurub.