"Napoli" İspaniyanın "Jirona" komandasından Migel Qutyerresi transfer edib.


Rekord.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.


24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Neapollular bu keçid üçün 18 milyon avro ödəyiblər.


“Real”ın yetirməsi olan Qutyerres 2022-ci ildən “Jirona”da çıxış edirdi. O, ötən mövsüm 36 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.