
Nadir Nəbiyev: "Tovuz, Azərbaycan futbolunun gələcəyi üçün yaxşı xəbərlər var" MÜSAHİBƏ
- 11 Fev 2023 17:12
- 809
"Turan Tovuz"un icraçı direktoru "Kəpəz"lə oyundan (2:0) Rekord.az-a müsahibə verib:
- Nadir bəy, öncə oyunla bağlı fikirlərinizi alardıq...
- Qərb derbisi olduğu üçün meydançada prinsipiallıq var idi. Qələbə qazanmaq istəyirdik. Çünki iki oyun ard-arda qələbəmiz olmamışdı. Şükür Allaha ki, bu gün komandamız azarkeşlərimiz önündə əzmlə mübarizə aparıb qələbə qazandı.
- Bugünkü sponsorluq müqaviləsinin komandanın oyununa müsbət təsiri olduğunu demək olar?
- Ola bilsin, bunun da təsiri oldu. Həm bunun, həm azarkeş sayının çox olması, yeni sponsorların oyunu izləməsi, yəni bunların hamısının təsiri ola bilər. Amma istənilən halda, komanda olaraq biz onsuz da hər oyuna qələbə üçün oynayırıq.
- Yeri gəlmişkən, "Huner Group"la əməkdaşlıq haqda nə deyə bilərsiniz?
- Açığı bu günə qədər çox çətinliklərimiz olub. İnşAllah Elxan müəllimlə də danışmışıq, bundan sonra yəqin ki, həmin çətinlikləri yaşamarıq. Tovuz, Azərbaycan futbolunun gələcəyi üçün yaxşı xəbərlər var.
- Sponsor qarşısında hansı istəkləriniz oldu?
- Bu gün üçün konkret hansısa istəklər yoxdur. Bəzi problemlər var ki, Ehtiram müəllim də həmin problemlərin həllini istəyir. İstər meydança olsun, istər tablo, istər işıqlandırma. Bu gün üçün 14 komandamız, cəmi bir ehtiyat meydançamız var. Bundan başqa, özünüz də görürsünüz ki, şənbə günü olmasına baxmayaraq stadionda xeyli azarkeş var idi. İstərdik ki, işıqlandlrma problemi aradan qalxsın və o zaman iş günlərində oyunları axşam saatına salıb daha çox azarkeşin stadiona gəlişini təmin edə bilərik. Baxmayaraq ki, sponsor yenidir, amma Ehtiram müəllim artıq bu işlərlər məşğul olmağa başlayıb.
-