Nadal "Rolan Garros"dan imtina etdi
- 18 May 2023 20:00
- 423
Məhşur tennisçi Rafael Nadal Malyorkada yerləşən və özünə məxsus olan akademiyada mətbuat konfransı keçirib.
Rekord.az xəbər verir ki, ulduz tennisçi "Ronal Garros" turnirində oynamayacağını açıqlayıb.
O, qərarını belə əsaslandırıb: "Bu, mənim yox, mənim bədənimin qərarıdır. Ümid edirəm ki, "Devid kuboku"na (12-17 sentyabr) hazır ola biləcəm. 2024-cü ildə isə oynamaq istəmirəm. Hansı ki, karyeramad sonuncu il olacaq".
Qeyd edək ki, Nadal "Australian Open"da aldığı zədədən sonra hələ ki, oynaya bilmir.