Nadal DÇ-2022-dəki favoritlərini açıqladı
- 10 Noy 2022 14:21
- 407
22 qat Böyük Dəbilqə çempionu və dünyanın 2 nömrəli ispaniyalı tennisçi Rafael Nadal DÇ-2022-dəki favoritlərini açıqlayıb.
Rekord.az "Sportkeeda"ya istinadən xəbər verir ki, o, bununla bağlı deyib: “Mürəkkəb məsələdir. Dünya çempionatı ilə bağlı nəsə proqnozlaşdırmaq çətindir. Deyərdim ki, favoritlər Braziliya, Argentina, Fransa, Almaniya, Portuqaliya və İspaniyadır. Çoxlu oyun olacaq, lakin favoritlərin bu komandalardır. Hər zaman kiminsə sürpriz etmək şansı var".
Qeyd edək ki, Fransa son dünya çempionudur.