
Muslera 6 həftə dincələcək
- 07 Fev 2023 10:30
- 423
Türkiyə Superliqasının 22-ci turunda "Trabzonspor"la oyunun 85-ci dəqiqəsində zədələnən qapıçı Musleranın durumuna aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, ayağını zədələyən qapıçı ən azı 6 həftə yaşıl meydançalardan uzaq qalacaq.
Lakin müalicənin gedişindən asılı olaraq, bu müddət tez də ola bilər. Daha dəqiq cavab isə 1 həftə sonra aparılacaq növbəti müayinədən sonra bilinəcək.