"Sabah"ın baş məşqçisi Murad Musayev növbəti mövsüm üçün heyətdə bəzi dəyişikliklər etməyi düşünür. Xüsusilə onun dövründə edilməyən və planlarına daxil olmayan futbolçulardan qurtulmaq.

Rekord.az-a daxil olan məlumata görə, belə futbolçulardan biri də Mixeil Erqemlidzedir. 

Son zamanlar oynamaq şansı qazanmayan, hətta əvəzedici komandaya göndərilən gürcü futbolçu rusiyalı məşqçinin bəyənmədiyi isimlərdəndir. Hansı ki, Ramin Quliyevin dövründə transfer olunub. Lakin ondan qurtulmaq elə də asan olmayacaq, çünkki futbolçu ilə 2024-cü ilə qədər qüvvədə olan müqavilə var.