
Müllerdən yeni rekord
- 06 Apr 2023 16:00
- 346
Tomas Müller "Bayern"in Almaniya Kubokunun 1/4 finalında "Frayburq"a qarşı keçirdiyi oyunda əsas heyətdə meydana çıxıb.
Rekord.az xəbər verir ki, bu, 33 yaşlı hücumçunun Münhen təmsilçisi ilə turnirdəki 64-cü matçı olub. Müller kubokdakı oyun sayında rekordçu olub.
Forvard keçmiş qolkiper Zepp Mayeri qabaqlayıb. Mayerin aktivində kubokda 63 oyun var idi.
"Bayern" "Frayburq"a 1:2 hesabıyla uduzub.