“Bayern” Almaniya kubokunun 1/8 finalında “Maynts”ı 4:0 hesabıyla məğlub edib.

Rekord.az xəbər verir ki, bu oyun Münhen təmsilçisinin hücumçusu Tomas Müller üçün əlamətdar olub.

33 yaşlı almaniyalı futbolçu turnir tarixində hamıdan çox – 53-cü dəfə qələbə qazanıb. O, “Verder”in sabiq yarımmüdafiəçisi Mirko Votavunu qabaqlayıb.

Tomas Müller həm də Almaniya kubokunda iştirak etdiyi oyunların sayına görə (63) Münhen klubunun sabiq qapıçısı Zepp Mayerin rekordunu təkrarlayıb.