Muaninin “Yuventus”a transferi rəsmiləşdi
- 16:40
- 22
"Yuventus" heyətini Fransa millisinin hücumçusu Randal Kolo Muanini birdəfəlik trasfer etdiyini açıqlayıb.
Komanda.az xəbər verir ki, Turin klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
27 yaşlı futbolçu PSJ-dən transfer olunub və "Yuventus"la 5 illik müqavilə imzalayıb.
Bildirilib ki, Kolo Muani əvvəldən məhz "Yuventus"a keçmək istəyib. Transferin ümumi dəyəri 50 milyon avro təşkil edib. Bunun 38 milyon avrosu sabit ödəniş, 12 milyon avrosu isə bonuslar şəklində nəzərdə tutulub. Agent komissiyası isə 3,2 milyon avro olub.
Fransalı hücumçu ötən mövsümü icarə əsasında "Tottenhem"də keçirib. O, London təmsilçisinin heyətində bütün turnirlərdə 41 oyuna çıxaraq 5 qol vurub və 4 məhsuldar ötürmə edib. “Tottenhem”dən öncə isə Muani məhz “Yuventus”da yarım mövsüm icarədə olub.