Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümünə start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tututb.

Şamaxıda keçirilən mövsümün açılış matçında “Karvan-Yevlax”la “Qəbələ” üz-üzə gəlib. Premyer Liqaya yeni yüksəlmiş komandaların oyununu FIFA referisi Əliyar Ağayev idarə edib. Bu görüşdə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun qalan görüşləri avqustun 16-da, 17-də və 19-da keçiriləcək. “Sabah” - “Qarabağ” görüşü isə təxirə salınıb.

Misli Premyer Liqası
1-ci tur

15 avqust

“Karvan-Yevlax” – “Qəbələ” 1:1
Qol: Murad Musayev, 78-öz qapısına - Domi Massumo, 54.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
Şamaxı şəhər stadionu.

Karvan-Yevlax: 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 11. Kayl Spens, 8. Peter Kinqs, 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 36. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.